Yazını böyüt
Yazını kiçilt
İyunun 11-də saat 10:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada oksigen kompressorunda nasazlıq yaranıb.
Hafta.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, hazırda bərpa işləri davam etdirilir.
Qeyd edilib ki, hadisə ilə əlaqədar 2 pasiyent Akademik Z.Məmmədov adına xəstəxanaya təxliyə edilib, müalicələri davam etdirilir.
Vurğulanıb ki, Abbas Səhhət adına xəstəxanada tibbi xidmətlərin göstərilməsində fasilə yaranmayıb.